Azərbaycan tarixində Kəlbəcərin azadlığı xüsusi yer tutur. 1993-cü ilin aprelində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən bu strateji rayon uzun illər boyu həsrət mövzusu olmuşdu. 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 10 noyabr 2020-ci il kapitulyasiya bəyanatı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu sənədin nəticəsi olaraq, 25 noyabr 2020-ci ildə Kəlbəcər döyüşsüz şəkildə Azərbaycana qaytarıldı. Bu hadisə həm tarixi ədalətin, həm də milli qürurun bərpası idi.

21 avqust 2025-ci ildə Prezident İlham Əliyevin Kəlbəcərə səfəri bu rayona yeni həyat bəxş etdi. Dövlət başçısının “Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz!” sözləri insanların ürəyində illərlə daşıdıqları həsrəti bir anın içində ümid və sevinc hissinə çevirdi. Bu səfər həm də qələbənin yalnız hərbi deyil, mənəvi tərəfini də ortaya qoydu.

Cənab Prezident çıxışında 1993-cü ilin aprelindəki işğalı Azərbaycanın ən ağır faciələrindən biri kimi səciyyələndirdi. O dövrdə dövlət idarəçiliyində yaranmış böhran və xəyanət nəticəsində Kəlbəcərin itirilməsi Qarabağın digər bölgələrinin də işğalına şərait yaratmışdı. İlham Əliyev qeyd etdi ki, bu hadisə yalnız güclü dövlət və qətiyyətli rəhbərliklə düzəldilə bilərdi.

Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi. Əsgər və zabitlərimizin fədakarlığı, xalqın dövlət ətrafında birliyi və Prezident İlham Əliyevin qətiyyəti nəticəsində hər gün yeni qələbələr qazanıldı. Ermənistan ordusu isə dağılaraq məğlubiyyətə düçar oldu.

Dövlət başçısı çıxışında 19–20 sentyabr 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirlərinə də diqqət çəkdi. Bu əməliyyat nəticəsində qondarma rejimin hərbi və siyasi strukturları tamamilə ləğv edildi. İlham Əliyev bildirdi ki, bu günlər Azərbaycan xalqı üçün 8 noyabr Zəfər Günü qədər əlamətdardır.

Hazırda Kəlbəcərdə bərpa və quruculuq işləri sürətlə davam edir. Yeni yaşayış kompleksləri inşa olunur, şəhərin elektrik, qaz və su infrastrukturu bərpa edilir, məktəblər tikilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı Kəlbəcəri qısa müddətdə müasir şəhərə çevirəcək.

Kamalə Səfərova

YAP Şuşa rayon təşkilatının 24 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.