Azərbaycanın müasir dövründə Kəlbəcərin işğaldan azad edilməsi ən mühüm hadisələrdən biridir. 1993-cü ildə işğal edilən bu torpaq uzun illər həsrət mövzusu olmuşdu. 25 noyabr 2020-ci ildə isə Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət nəticəsində Kəlbəcər Azərbaycana döyüşsüz qaytarıldı.21 avqust 2025-ci ildə Prezident İlham Əliyev Kəlbəcərə səfər edərək köç edən ailələrlə görüşdü. Onun tarixi çıxışı və “Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz!” sözləri bütün xalqın yaddaşına qızıl hərflərlə yazıldı. Bu an 32 illik həsrətin sona çatması kimi qəbul edildi.

Prezident çıxışında Kəlbəcərin işğalını dövlətçilik tariximizin ən ağır səhifələrindən biri adlandırdı. O vurğuladı ki, həmin dövrdə hakimiyyətdə olan səriştəsiz qüvvələr ölkəni zəiflətdi və strateji ərazilərin itirilməsinə səbəb oldu. Lakin güclü dövlət quruculuğu nəticəsində Azərbaycan bu itkilərin revanşını aldı.

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu igidlik və qəhrəmanlıq göstərdi. Əsgər və zabitlərimizin qətiyyəti, xalqın həmrəyliyi və Prezident İlham Əliyevin liderliyi nəticəsində düşmən kapitulyasiya aktı imzalamağa məcbur oldu. Bununla da Kəlbəcər və digər ərazilər Azərbaycana qaytarıldı.Cənab Prezident çıxışında 19–20 sentyabr 2023-cü il lokal antiterror tədbirlərini də yüksək qiymətləndirdi. O bildirdi ki, bu əməliyyat Azərbaycanın suverenliyini tam təmin etdi və dövlətimizin gücünü bir daha nümayiş etdirdi.

Hazırda Kəlbəcərdə “Böyük Qayıdış” proqramı çərçivəsində dörd yaşayış kompleksi tikilir, 10 mindən çox insanın məskunlaşması planlaşdırılır, yeni məktəb inşa olunur, yollar salınır. Prezident İlham Əliyevin dediyi kimi, Kəlbəcər Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevriləcək.

Anar Əlizadə

YAP Şuşa rayon təşkilatının 14 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.