25 noyabr 2020-ci il tarixi Azərbaycan xalqı üçün qürur günü oldu. Həmin gün Prezident İlham Əliyev xalqa müraciət edərək Kəlbəcərin işğaldan azad olunduğunu elan etdi və şəhərin, kəndlərin yenidən qurulacağını bildirdi. Uzun illər həsrətində olduğumuz bu torpaqların bərpası dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi.Sonrakı illərdə dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva Kəlbəcərə çoxsaylı səfərlər edərək müxtəlif infrastruktur layihələrinin açılışlarında iştirak etdilər. Hər səfər yeni tikililərin, yolların, sosial obyektlərin istifadəyə verilməsi ilə yadda qaldı. Bu işlər Böyük Qayıdış Proqramının praktiki nəticəsi idi.

21 avqust 2025-cü il tarixi isə Kəlbəcər şəhərinin sakinlərinin qayıdışı ilə yadda qaldı. Həmin gün Kəlbəcər şəhərində ilk yaşayış kompleksinin açılışı oldu. Prezident İlham Əliyev sakinlərlə görüşündə qeyd etdi: “32 ildən sonra doğma yurda qayıdırsınız. Bu, böyük tarixi gündür və ədalətin bərpasıdır.”İlk mərhələdə Kəlbəcərdə dörd yaşayış kompleksinin inşası planlaşdırılıb. Bu evlərdə ümumilikdə 10 mindən çox insanın məskunlaşması nəzərdə tutulur. Artıq yeni evlərdə müasir şərait yaradılıb və qayıdan sakinlər firavan həyatlarına başlayıblar.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın mübarizəsinin ədalətli olduğunu bir daha vurğuladı. Uzun illər ərzində aparılan danışıqlar nəticəsiz qalmış, Ermənistan isə işğalı davam etdirməyə çalışmışdı. Azərbaycan isə 44 günlük Vətən müharibəsi ilə bu ədalətsizliyə son qoydu.Kəlbəcərə qayıdış təkcə tarixi ədalətin bərpası deyil, həm də Azərbaycanın gücünün, xalqın birliyinin göstəricisidir. Bu gün Kəlbəcər sürətlə dirçəlir, şəhər dünyanın ən gözəl yaşayış məkanlarından birinə çevrilməkdədir.

Elmira Əliyeva

YAP Şuşa rayon təşkilatının 15 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.