Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi 1991-ci ildən sonra ölkə həm daxildə siyasi çətinliklərlə, həm də xarici təcavüzlə üzləşdi. Məhz bu qarışıq dövrdə strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il 17 may tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bununla da işğalçı Ermənistanla Qarabağdakı separatçılar arasında birbaşa quru bağlantısı yaradıldı.

İşğal dövründə Laçın rayonunun həm maddi, həm də mədəni sərvətləri talan edildi. Onlarla məktəb, səhiyyə ocağı, mədəniyyət müəssisəsi, yüzlərlə tarixi abidə məhv edildi. Təbiətə də ciddi ziyan vuruldu, meşələr qırıldı, yaylaqlar dağıdıldı. Bu, təkcə Azərbaycan üçün deyil, həm də bəşəriyyət üçün böyük itki idi.

Uzun illər davam edən bu həsrət 2020-ci ildə sona çatdı. 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə nəticəsində 1 dekabr 2020-ci ildə Laçın rayonu Azərbaycana qaytarıldı. Daha sonra 26 avqust 2022-ci ildə Laçın şəhəri, Zabux və Sus kəndlərinin də tam azad olunması ilə bölgədə Azərbaycanın tam suverenliyi bərpa edildi.

Azadlıqdan sonra Laçında geniş quruculuq və bərpa işləri həyata keçirilməyə başlandı. Müasir yol və enerji infrastrukturu yaradılır, məktəblər və yaşayış evləri tikilir, sənaye müəssisələri qurulur. Laçın Beynəlxalq Hava Limanının inşa edilməsi isə həm regionun strateji, həm də turizm baxımından əhəmiyyətini daha da artıracaq.

Bu gün Laçın yenidən dirçəlir və Böyük Qayıdış proqramı çərçivəsində yüzlərlə ailə doğma yurduna dönüb. Prezident İlham Əliyevin diqqəti sayəsində bölgə sürətlə bərpa olunur və müasir inkişaf mərhələsinə qədəm qoyur. Laçının azad olunması xalqımızın birlik və gücünün ən parlaq nümunələrindən biri kimi tarixə yazılıb.

Elçin Dadaşov

YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.