Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfəri ölkəmizin diplomatik tarixində mühüm hadisə kimi yadda qaldı. Səfər çərçivəsində keçirilən görüşlər və imzalanan sənədlər təkcə ikitərəfli münasibətlərin inkişafına deyil, həm də Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təmininə xidmət edir. Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycanın regiondakı lider mövqeyini və yaratdığı yeni geosiyasi reallığı bir daha təsdiqlədi. ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş nazirinin iştirakı ilə sülh sazişinin paraflanması isə uzun illər gözlənilən sabitlik mərhələsinin başlanğıcını simvollaşdırdı.

Birgə Bəyannamə Azərbaycanın milli maraqlarına tam uyğun şəkildə formalaşdı. Bu sənəd Prezident İlham Əliyevin qətiyyətli diplomatiyasının növbəti uğuru oldu. Dövlət başçısının illərdir vurğuladığı kimi, sülh sazişinin imzalanması üçün ATƏT-in Minsk qrupu ləğv edilməli idi. Əvvəllər bu təklifə qarşı çıxan Ermənistan, proseslərin gedişində Azərbaycanın mövqeyini qəbul etməyə məcbur oldu. Nəticədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən ATƏT-ə birgə müraciət ünvanlanaraq, qurumun fəaliyyəti rəsmi şəkildə başa çatdırıldı.

Prezident İlham Əliyevin əsas prioritetlərindən biri də Naxçıvana quru yolla maneəsiz keçidin təmin olunması idi. Vaşinqton razılaşması çərçivəsində bu məsələ öz həllini tapdı. Sənəddə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişin zəruriliyi vurğulandı. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində reallaşacaq bu əlaqə Zəngəzur dəhlizinin açılmasını təmin edəcək. Bu dəhliz Azərbaycanın beynəlxalq nəqliyyat şəbəkəsinə tam inteqrasiyasına, regionda tranzit imkanlarının genişlənməsinə və uzunmüddətli sabitliyin bərqərar olmasına şərait yaradacaq.

Səfər həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açdı. İki ölkə liderlərinin iştirakı ilə Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması barədə Anlaşma Memorandumu imzalandı. Bu sənəd enerji, nəqliyyat-tranzit, süni intellekt və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlığın genişlənməsinə təkan verəcək. Azərbaycanın iqtisadiyyatının müasirləşdirilməsi və innovativ texnologiyaların ölkəyə gətirilməsi baxımından sənədin əhəmiyyəti böyükdür.

Vaşinqton görüşlərinin ən simvolik məqamlarından biri də ABŞ Konqresinin 1992-ci ildə qəbul etdiyi 907-ci düzəlişin ləğvi oldu. Bu qərar Azərbaycanın illərdir üzləşdiyi ədalətsiz sanksiyaların rəsmi olaraq aradan qaldırılması deməkdir. Prezident İlham Əliyevin iştirakı ilə baş tutan bu proses yalnız ikitərəfli münasibətlərdə deyil, həm də Azərbaycanın beynəlxalq imicində mühüm dönüş nöqtəsi kimi dəyərləndirilir.

Prezident İlham Əliyevin Ağ Evdə keçirdiyi görüşlər, verdiyi bəyanatlar onun yüksək siyasi-diplomatik bacarıqlarını bir daha nümayiş etdirdi. Bu səfər həm iki ölkə arasında strateji tərəfdaşlığın güclənməsinə, həm də Cənubi Qafqazda uzunmüddətli sülhün təmininə yönəlmiş tarixi addım oldu. Vaşinqton razılaşması Azərbaycanın lider mövqeyini təsdiqləməklə yanaşı, regionun geosiyasi gələcəyinə dair yeni ümidlər doğurdu.

Nizami şahvələdov

YAP Şuşa rayon təşkilatının 33 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.