Tarixən müxtəlif dövrlərdə təzyiqlərə məruz qalmasına baxmayaraq, Azərbaycan dili milli ruhun daşıyıcısı kimi varlığını qoruyub saxlamışdır. Xalqımız bu dili təkcə ünsiyyət vasitəsi kimi deyil, milli kimliyinin simvolu kimi yaşatmışdır.
Ulu Öndər Heydər Əliyev Azərbaycan dilini dövlətçiliyin əsas dayağı kimi dəyərləndirmiş və onun qorunması üçün siyasi mübarizə aparmışdır. 1978-ci ildə Konstitusiyada dövlət dili statusunun təsbit olunması bu mübarizənin nəticəsidir.Müstəqillik illərində Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirmiş və yeni mərhələyə yüksəltmişdir. Onun rəhbərliyi ilə dilin inkişafı, tədrisi və təbliği sahəsində çoxsaylı proqramlar həyata keçirilmişdir.
Dövlət Proqramları, sərəncamlar və təşəbbüslər nəticəsində Azərbaycan dili yalnız ölkə daxilində deyil, xaricdə də təbliğ olunur. Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzləri bu işdə mühüm rol oynayır.Prezident İlham Əliyev haqlı olaraq qeyd etmişdir: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir.” Bu baxış dil siyasətinin strateji əsasını təşkil edir.Azərbaycan dili bu gün müstəqil dövlətimizin ayrılmaz atributuna çevrilmiş, həm elmi-mədəni, həm də ictimai-siyasi sahədə yüksək mövqe qazanmışdır. Onun gələcək nəsillərə ötürülməsi isə milli varlığımızın davamıdır.
Nazilə İbrahimova
YAP Şuşa rayon təşkilatının 3 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın