Ana dilimizin qorunması və inkişafı Azərbaycan dövlətçiliyinin əsas prioritetlərindən biri olmuşdur. Ümummilli Lider Heydər Əliyev bu sahədə misilsiz xidmətlər göstərmiş, dilimizin hüquqi və siyasi statusunun möhkəmləndirilməsinə nail olmuşdur.1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusunun verilməsi məhz Heydər Əliyevin təşəbbüsü və qətiyyəti ilə mümkün olmuşdur. Bu, o dövr üçün son dərəcə riskli və cəsarətli addım idi, çünki SSRİ-də milli dillərə qarşı sistemli basqılar mövcud idi.Heydər Əliyevin bu təşəbbüsü, Azərbaycan xalqının öz ana dilində danışmaq hüququnu qorumaqla yanaşı, milli özünüdərk prosesini də sürətləndirmişdi. Bu hadisə sonradan müstəqillik uğrunda mübarizənin ideoloji əsaslarına çevrildi. Ana dilinə verilən dəyər, əslində, xalqın gələcəyi üçün verilən dəyər idi.

Müstəqil Azərbaycan Respublikasında 1995-ci ildə qəbul edilən Konstitusiyada da Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Bu, Heydər Əliyevin dil siyasətinin davamı və inkişafı idi. Konstitusiyada bu statusun təsdiqlənməsi milli dövlətçiliyin hüquqi bazasının formalaşdırılmasında mühüm rol oynadı.Ana dilinin rəsmi statusunun qanunvericiliklə təsdiqlənməsi, onun sosial həyatın bütün sahələrində tətbiqinə şərait yaratdı. Bu, həm də təhsil, media və mədəniyyət sahələrində Azərbaycan dilinin üstün mövqeyini təmin etdi.

Bu gün biz ana dilimizi rahatlıqla istifadə ediriksə, bu, məhz illərlə aparılmış məqsədyönlü siyasətin nəticəsidir. Ulu Öndərin bu istiqamətdə gördüyü işlər milli tariximizin qızıl səhifələrindəndir.

Namiq Hüseynov

YAP Şuşa rayon təşkilatının 35 saylı ərazi partiya təşkilatınn sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.