Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ana dilimizin dövlət dili kimi qorunması və inkişafı sahəsində ardıcıl və məqsədyönlü addımlar atmışdır. Onun həyata keçirdiyi siyasət Ümummilli Liderin müəyyən etdiyi strateji xəttin uğurla davam etdirilməsidir.2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam bu sahədə mühüm addımlardan biri olmuşdur. Bu sənəd latın qrafikasına keçidi sürətləndirmiş, əlifba ilə bağlı çətinlikləri aradan qaldırmışdır.

Həmin sərəncam əsasında “Azərbaycan ədəbiyyatı kitabxanası”, “Dünya ədəbiyyatı kitabxanası”, “Dünya uşaq ədəbiyyatı kitabxanası” seriyaları çərçivəsində yüzlərlə nəşr latın qrafikasında çap olunmuş, kitabxana fondları zənginləşdirilmişdir. Bu, dilin tədrisi və oxu mədəniyyətinin formalaşması üçün əhəmiyyətli olmuşdur.

Prezident İlham Əliyev 2004-cü il 13 yanvarda imzaladığı digər mühüm sənəd – “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” Sərəncamla da milli dilin təbliği və elmi potensialının genişləndirilməsinə şərait yaratmışdır.

2012-ci il mayın 23-də imzalanmış “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə dair Dövlət Proqramı” isə dilin müasir çağırışlara uyğun tətbiqini təmin etmək məqsədi daşıyır. Bu sənəddə ədəbi dilin qorunması və təhriflərin qarşısının alınması xüsusi vurğulanır.

Bu siyasət nəticəsində Azərbaycan dili bu gün dövlət idarəçiliyi, təhsil, elm, mətbuat və mədəniyyət sahələrində aparıcı mövqeyə malikdir. Prezident İlham Əliyev milli irs kimi ana dilimizin gələcək nəsillərə sağlam şəkildə ötürülməsini təmin edir.

Kamalə Səfərova

YAP Şuşa rayon təşkilatının 24 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.