Azərbaycan Respublikasında hər il 1 avqust tarixində Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu tarixi gün ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı fərmanla təsis edilib.Bu fərman yalnız simvolik akt olmayıb, ölkədə dil və əlifba məsələlərinin dövlət siyasətinə çevrilməsinin təzahürüdür. Bu gün həm də vətəndaşların dilə olan münasibətini formalaşdırmaq, ana dilinə sevgi aşılamaq məqsədi daşıyır.

1 avqustun qeyd edilməsi ilə bağlı bütün ölkədə müxtəlif tədbirlər keçirilir. Məktəblərdə, universitetlərdə, mədəniyyət ocaqlarında dilə və əlifbaya həsr olunmuş seminarlar, müzakirələr təşkil olunur.Hər il bu tarixdə dilçi alimlərin, ziyalıların çıxışları, media məqalələri və maarifləndirici proqramlar vasitəsilə cəmiyyətə ana dilinin əhəmiyyəti aşılanır. Bu, həm də milli özünüdərk və milli kimlik anlayışının möhkəmlənməsinə xidmət edir.

Azərbaycan əlifbası və dili günü həm yazı sistemimizin, həm də milli kimliyimizin ayrılmaz hissəsidir. Bu gün dövlətin dil siyasətinin və xalqın ana dilinə olan bağlılığının təcəssümüdür.Beləliklə, 1 avqust milli şüurun, mədəni irsin və ana dilinə ehtiramın rəmzi günüdür.

İsmayılova Qönçə

YAP Şuşa rayon təşkilatının 29 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.