Azərbaycan dilinin qorunması və inkişafı həm dövlət siyasətinin, həm də milli ideologiyanın əsas istiqamətlərindən biridir. Bu istiqamətdə atılan addımlar həm hüquqi, həm də ideoloji baxımdan mühüm əhəmiyyət daşıyır. Tarixən çoxsaylı təzyiqlərlə üzləşməsinə baxmayaraq, ana dilimiz varlığını qorumuş və bu gün dövlət dilidir.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev hələ sovet dövründə ana dilinə olan münasibəti milli dəyərlərin qorunması kimi qiymətləndirirdi. Onun təşəbbüsü ilə 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Bu addım Azərbaycan xalqının milli özünüdərkinin formalaşmasına güclü təkan verdi.

Ulu Öndər Heydər Əliyev deyirdi: “Dilimiz bizim sərvətimizdir, milli varlığımızın əsas atributudur.” O, dilə yalnız kommunikasiya vasitəsi kimi yox, milli ruhun daşıyıcısı kimi baxırdı. Bu baxış onun bütün fəaliyyətində öz əksini tapmışdı.Müstəqillik illərində isə Prezident İlham Əliyev bu siyasəti sistemli şəkildə davam etdirmişdir. Onun imzaladığı sərəncamlar Azərbaycan dilinin müasir tələblərə uyğun tədrisini, tətbiqini və inkişafını təmin etmək məqsədi daşıyırdı.

Xüsusilə 2012-ci il Dövlət Proqramı dilin qloballaşma dövründə qarşılaşdığı təhlükələrə qarşı yönəlmiş önəmli sənəddir. Burada ədəbi dilin saflığının qorunması, kütləvi informasiya vasitələrində düzgün istifadəsi əsas hədəf kimi müəyyən olunmuşdur.

Azərbaycan dövləti bu gün ana dilini yalnız ölkə daxilində deyil, beynəlxalq müstəvidə də təbliğ edir. Azərbaycan dili türkdilli dövlətlər arasında nüfuzlu və zəngin dillərdən biri kimi qəbul olunur.

Elçin Dadaşov

YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.