Ulu Öndər Heydər Əliyevin ana dilinə verdiyi dəyər müstəqil Azərbaycan dövründə daha da dərinləşdi. Xüsusilə 2001-ci ildən etibarən 1 avqustun Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması bu sahədə atılan mühüm addımlardandır.
Ana dilimiz milli varlığımızın ayrılmaz tərkib hissəsidir. Heydər Əliyev bu dəyərin qorunmasını dövlətin əsas vəzifələrindən biri kimi qəbul etmişdi. O bildirirdi ki, “Azərbaycanın gələcəyi üçün ana dilimizin inkişafı mühüm vasitədir”.Ulu Öndərin siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2004-cü ilin yanvar ayında imzalanan sərəncamlarla latın qrafikalı nəşrlərin genişləndirilməsi və Azərbaycan Milli Ensiklopediyasının nəşri ana dilimizin sistemli şəkildə inkişafına xidmət edir.
2007-ci ildə “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri” barədə sərəncam isə dilimizin beynəlxalq ədəbiyyatla inteqrasiyasını təmin edən vacib təşəbbüslərdən biri olmuşdur. Bu addımlar həm də dilimizin söz ehtiyatının zənginləşməsinə, tərcümə məktəbinin inkişafına təkan verdi.2013-cü il 9 aprel tarixində “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə dair Dövlət Proqramı”nın təsdiqi isə dil siyasətinin strateji inkişaf mərhələsinə keçdiyini sübut edir. Bu proqram həm dilçiliyin, həm də dilin praktiki istifadəsinin təkmilləşdirilməsini hədəfləyir.
Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı sərəncam və fərmanlar isə Azərbaycan dilinin elektron məkanda istifadəsinin genişləndirilməsinə, dövlət dilinin saflığının qorunmasına yönəlmişdir. Bu sənədlər, dilimizin müasir çağırışlara uyğun yaşadılmasını təmin edən əsas mexanizmlərdən biridir.
YAP Şuşa rayon təşkilatının 20 saylı ərazi partiya təşkilatının sədri : Könül Hüseynova


Bir şərh yazın