Ümummilli lider Heydər Əliyevin dil siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev, milli dilimizin qorunması və inkişafı istiqamətində mühüm təşəbbüslərlə çıxış edir. O, dil məsələsinə təkcə ünsiyyət vasitəsi kimi deyil, milli kimliyin əsası kimi yanaşır.

2004-cü il yanvarın 12-də Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam yazı sistemindəki problemlərin həllinə səbəb oldu. Bu qərarla milli ədəbiyyat nümunələrinin yeni qrafikada nəşri sürətləndi.Sərəncama əsasən, klassik və müasir Azərbaycan ədəbiyyatının nümunələri latın əlifbası ilə geniş tirajla çap edildi. Bu, dilin həm tədris, həm də oxu imkanlarını artırdı.Prezidentin ana dilinə verdiyi önəm 2012-ci il mayın 23-də imzaladığı digər sənəddə də əks olundu. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” bu sahədə sistemli işin əsasını qoydu.

Sözügedən proqram çərçivəsində müasir texnologiyalara uyğun yeni terminoloji sistem, dil korpusları və lüğətlər hazırlandı. Bu isə Azərbaycan dilinin elmi və texnoloji sahələrdə də geniş istifadəsini təmin etdi.Prezident İlham Əliyevin ana dilinə diqqəti, milli kimlik və vətənpərvərlik duyğularının qorunmasında mühüm rol oynayır.

Elmira Əliyeva

YAP Şuşa rayon təşkilatının 15 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.