Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin dövlət dili kimi tanınmasında və hüquqi əsaslarının möhkəmləndirilməsində misilsiz rol oynamışdır. Onun rəhbərliyi dövründə həyata keçirilən mühüm islahatlardan biri də ana dilinin konstitusion statusunun təsbit olunması olmuşdur.
1977-ci ildə SSRİ-nin yeni Konstitusiyasının qəbulundan sonra ittifaq respublikalarının da öz konstitusiyalarını yeniləməsi tələb olunurdu. Əksər respublikalarda bu sənədlərdə dövlət dili ilə bağlı müddəalar yer almasa da, Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci il aprelin 21-də qəbul edilən Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsində Azərbaycan dili dövlət dili kimi təsbit edildi.Bu qərar o dövrün siyasi və ideoloji təzyiqləri fonunda cəsarətli və uzaqgörən addım idi. Bu addım, həmçinin, milli şüurun möhkəmlənməsi və ana dilimizin hüquqi əsaslarının formalaşması baxımından mühüm əhəmiyyət kəsb edirdi.Ümummilli Lider Heydər Əliyev çıxışlarında dəfələrlə dilin millətin varlığını şərtləndirən əsas amil olduğunu vurğulamış və ana dilinə yüksək dəyər vermişdir. Onun dediyi “Hər bir xalq öz dili ilə yaranır” fikri bu siyasətin ideoloji əsasını təşkil edirdi.
Dilin qorunması və inkişafı Ümummilli Liderin dövlətçilik kursunun əsas istiqamətlərindən biri olmuşdur. O, yüksək səviyyəli dövlət tədbirlərində, beynəlxalq görüşlərdə ana dilində çıxış edərək dilə olan hörmət və inamı gücləndirmişdir.
Bu gün ana dilimizin dövlət dili kimi tətbiqi, onun elmi və ədəbi imkanlarının genişləndirilməsi məhz həmin uzaqgörən siyasətin nəticəsidir. Bu siyasət sonrakı illərdə də uğurla davam etdirilmişdir.
Leyla Babışova
YAP Şuşa rayon təşkilatının sədr müavini


Bir şərh yazın