Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda çıxışı zamanı ABŞ-da baş verən daxili proseslərə və beynəlxalq siyasətdəki dəyişikliklərə də münasibət bildirdi. O qeyd etdi ki, Donald Trampın rəhbərliyi dövründə ABŞ-la əlaqələr daha praqmatik və qarşılıqlı hörmətə əsaslanırdı. Trampın “Vaşinqton bataqlığını qurudacağına” dair fikirlərinə istinad edən dövlət başçısı, ABŞ-ın Cənubi Qafqazda sülh və sabitliyə töhfə verəcəyinə ümid etdiyini vurğuladı.
Bu çıxış, həm də Azərbaycanın ABŞ-la münasibətlərində dəyərlərə və real maraqlara əsaslanan siyasət apardığını göstərir. İlham Əliyev aydın şəkildə bildirdi ki, Azərbaycan siyasi alət kimi nə torpaqdan, nə də təbii resurslardan istifadə edir. İxrac olunan qazın 10 ölkəyə çatdırılması və bu ölkələrdən 8-nin Avropa İttifaqına üzv olması, Azərbaycanın sabit və etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir. Bu yanaşma dünya enerji təhlükəsizliyinə də töhfə verir.
Namiq Hüseynov
YAP Şuşa rayon təşkilatının 35 saylı ərazi partiya təşkilatınn sədri


Bir şərh yazın