III Qlobal Media Forumu çərçivəsində Prezident İlham Əliyevin verdiyi ən mühüm mesajlardan biri Zəngəzur dəhlizi ilə bağlı oldu. Dövlət başçısı bu layihənin təkcə regional deyil, həm də qlobal nəqliyyat sistemləri üçün strateji əhəmiyyətə malik olduğunu vurğuladı. Azərbaycan artıq bu istiqamətdə konkret addımlar ataraq infrastruktur hazırlığını tamamlayıb.
Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası birləşəcək, bununla da logistik əlaqələr genişlənəcək. Eyni zamanda bu dəhliz Çindən Avropaya uzanan Orta Dəhlizin əsas tərkib hissəsinə çevriləcək. Bu isə ölkəmizə əlavə tranzit üstünlükləri qazandıracaq.
Lakin Ermənistanın son beş ildə bu layihəyə qarşı apardığı açıq və gizli müqavimət Prezident İlham Əliyevin çıxışında sərt şəkildə tənqid olundu. Ermənistanın qəsdən heç bir real addım atmaması, layihənin regional sülh və əməkdaşlıq üçün əhəmiyyətini daha da artırır.
Azərbaycan isə əksinə, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt limanı, sadələşdirilmiş gömrük prosedurları və rəqəmsal keçid sistemləri ilə multimilyardlıq infrastruktur hazırlığına malikdir. Bu, ölkəmizin etibarlı tranzit qovşağı kimi mövqeyini gücləndirir.
Şuşadan verilən bu mesajlar, Azərbaycanın təkcə regional deyil, Avrasiya geosiyasi məkanında nəqliyyat və logistika baxımından mərkəzi oyunçu olmaq niyyətini ortaya qoydu. Zəngəzur dəhlizi bu strategiyanın əsas sütunlarından biridir.
Nazilə İbarhimova
YAP Şuşa rayon təşkilatının 3 sayl ərazi partiya təşkilatının sədr


Bir şərh yazın