III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin toxunduğu əsas mövzulardan biri enerji təhlükəsizliyi oldu. Azərbaycan artıq uzun illərdir ki, enerji sahəsində Avropanın etibarlı tərəfdaşına çevrilib. Dövlət başçısının 2025-ci il iyulunda verdiyi məlumata əsasən, 2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz ixrac edən Azərbaycan bu göstəricini 2025-ci ilə qədər 13 milyard kubmetrə çatdırıb.Bu dinamika təkcə statistik artım deyil, strateji planlamanın nəticəsidir. Enerji təhlükəsizliyi məsələsinin beynəlxalq təhlükəsizliklə birbaşa əlaqəli olduğu bir dövrdə, Azərbaycanın bu sahədə sabit və davamlı siyasət yürütməsi diqqətəlayiqdir. Azərbaycan özünün həm ənənəvi, həm də alternativ enerji mənbələri üzrə balanslaşdırılmış siyasəti ilə seçilir.

Ölkənin yaşıl enerji sahəsindəki təşəbbüsləri də Forumun gündəliyində yer aldı. COP29-un 2024-cü ilin sonunda Bakıda keçirilməsi Azərbaycanın qlobal iqlim diplomatiyasında artan nüfuzunu göstərdi. 2030-cu ilə qədər 6 giqavat gücündə bərpa olunan enerji layihələrinin icrası planlaşdırılır və bununla da ölkə yaşıl enerji liderliyinə doğru inamla irəliləyir.Qarabağ və Şərqi Zəngəzurda artıq 30 su elektrik stansiyası istifadəyə verilib. Bu, təkcə enerji istehsalı ilə bağlı deyil, həm də regionun iqtisadi canlanmasına xidmət edir. Bu stansiyalar vasitəsilə ətraf mühitə zərər vermədən enerji əldə olunur və ekoloji dayanıqlılıq təmin edilir.

Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan enerji dəhlizi layihəsi ilə yanaşı, Özbəkistan və Qazaxıstanla əməkdaşlıq nəticəsində Xəzər və Qara dənizlər vasitəsilə enerji ötürülməsi planlaşdırılır. Bu, ölkəmizin Avrasiyanın enerji mərkəzinə çevrilməsi yolunda atılan önəmli addımdır.Forumun müzakirələri göstərdi ki, Azərbaycanın enerji siyasəti yalnız regional deyil, həm də qlobal sabitlik və təhlükəsizlik üçün vacib rol oynayır. Bu baxımdan, Şuşadan verilən mesajlar dünya enerji gündəliyinə ciddi təsir göstərmək gücündədir.

Rəşad Rəsulov

YAP Şuşa rayon təşkilatının fəal üzvü


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.