19 iyul 2025-ci il tarixində Şuşada keçirilən III Qlobal Media Forumu təkcə media müzakirələrinin deyil, həm də regional və qlobal proseslərin strateji qiymətləndirilməsinin mərkəzinə çevrildi. Prezident İlham Əliyevin forum çərçivəsindəki çıxışı analitiklər və siyasi ekspertlər tərəfindən diqqətlə izlənildi. Çıxışda ölkənin müstəqil siyasətinə və qərarların milli maraqlara əsaslanmasına dair konkret mesajlar verildi. Dövlət başçısı bir daha vurğuladı ki, Azərbaycan Qərbin məsləhətlərini dinləmədən, öz maraqlarına uyğun yol xəritəsi müəyyənləşdirir. Əgər bu belə olmasaydı, regionda münaqişələrin sayı arta bilərdi. Forumda təhlükəsizlik, iqtisadi marşrutlar və informasiya müharibəsi kimi məsələlər geniş müzakirə olundu.
Prezident İlham Əliyev Əbu-Dabi görüşündə səsləndirdiyi fikirlərə də qayıdaraq, Azərbaycanın prinsipial mövqeyinin dəyişməzliyini bildirdi. Xüsusilə, Ermənistanla münasibətlərdə real təhlükələrin hələ də davam etdiyini xatırladaraq, Naxçıvan dəhlizinə edilən keçmiş hücumları tarixi nümunə kimi göstərdi. Dövlət başçısının bu çıxışı, Azərbaycanın gələcək addımlarında sərt və ardıcıl mövqe tutacağını təsdiqləyir. Qlobal media nümayəndələrinin iştirak etdiyi Forum, həm də Azərbaycanın informasiya savaşındakı mübarizəsinin yeni mərhələsinə işıq saldı.
İlham Həsənov
YAP Şuşa rayon təşkilatının 26 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın