Şuşada keçirilən Forum zamanı Prezident İlham Əliyevin çıxışında Rusiya ilə münasibətlərə də xüsusi yer verildi. Dövlət başçısı açıq şəkildə qeyd etdi ki, hazırda Azərbaycan-Rusiya əlaqələri “heç də məqbul olmayan” mərhələdədir. Bu qiymətləndirmə, Azərbaycanın hərbi təyyarəsinin qəzası ilə bağlı Rusiyadan cavab gözləməsinə əsaslanır. Prezidentin sözlərinə görə, yeddi ay keçməsinə baxmayaraq, bu məsələ ilə bağlı hələ də nəticə yoxdur və Azərbaycan beynəlxalq hüquq instansiyalarına müraciət etmək niyyətindədir.

MDB İqtisadi Şurasının iclasına qatılmamağımız da bu kontekstdə qiymətləndirilir. Prezident İlham Əliyev bildirdi ki, münasibətlərin normallaşması üçün konkret addımların atılması vacibdir. Bu mövqe Azərbaycan diplomatiyasının açıq və ardıcıl xəttinin ifadəsidir. Eyni zamanda dövlət başçısı qeyd etdi ki, Azərbaycan Rusiya ilə münasibətlərə önəm verir və gərginliklərin aradan qaldırılmasında maraqlıdır. Bu, balanslı xarici siyasətin təzahürüdür.

Anar Əlizadə

YAP Şuşa rayon təşkilatının 14 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.