Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumundakı çıxışında Azərbaycanın ərazi bütövlüyü və torpaq məsələsində dəyişməz mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Dövlət başçısı açıq şəkildə bildirdi ki, Azərbaycan heç bir halda torpağını icarəyə vermir və bu məsələ müzakirə predmeti ola bilməz. Bu, Ermənistanla müqayisədə prinsipial fərqin də ifadəsi kimi diqqət çəkdi. Ermənistanın müxtəlif xarici qüvvələrə, xüsusilə Avropa İttifaqının müşahidəçilərinə öz ərazilərində yer verməsi təhlükəli presedent hesab olunur.

İlham Əliyev Donald Trampın prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərinin daha müsbət xarakter daşıdığını qeyd edərək, onun Cənubi Qafqaza da diqqət ayırdığını vurğuladı. Forum çərçivəsində Azərbaycanın milli maraqları kontekstində geosiyasi hadisələrə verdiyi cavablar, həm də strateji balans siyasətinin göstəricisi oldu. Bu siyasət Azərbaycanı Qərb-Rusiya rəqabətində neytral, lakin prinsipial mövqe ilə fərqləndirir. İlham Əliyev açıq şəkildə bildirdi ki, Azərbaycanın siyasəti heç vaxt kənar maraqlara xidmət etməyəcək.

İsmayılova Qönçə

YAP Şuşa rayon təşkilatının 29 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.