Azərbaycan mediası 30 dekabr 2021-ci ildə qəbul olunmuş “Media haqqında” Qanunla özünün institusional inkişafında yeni mərhələyə qədəm qoydu. Bu qanun medianın təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən etməklə yanaşı, onun fəaliyyətini rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırmaq məqsədi daşıyır.Yeni qanunun əsas məqsədlərindən biri informasiya məkanının sağlamlaşdırılması, yerli medianın rəqabət qabiliyyətinin artırılması və informasiya təhlükəsizliyinin təmin edilməsidir. Bununla yanaşı, jurnalist peşəsinin nüfuzunun artırılması və etik davranış prinsiplərinin qorunması da mühüm yer tutur.

Qanunla Medianın İnkişafı Agentliyinin funksiyaları genişləndirildi və media subyektlərinin vahid reyestri yaradıldı. Bu, həm şəffaflığın, həm də hüquqi tənzimləmənin təmin olunmasına xidmət edir. İnformasiya yayımı sahəsində keyfiyyətin artırılması da qanunun əsas hədəflərindəndir.Yeni hüquqi baza medianın innovativ inkişafını dəstəkləməklə yanaşı, sosial şəbəkələr və rəqəmsal platformalarda fəaliyyət göstərən subyektlərə də münasibətdə tənzimləyici mexanizmləri müəyyən edir.

“Media haqqında” Qanun eyni zamanda informasiya istehsalında peşəkar yanaşmanın təşviqinə, jurnalistlərin hüquqlarının qorunmasına və məlumat mənbələrinin müdafiəsinə yönəlmiş müddəaları da əhatə edir.Bu qanunvericilik sənədi medianın müasir cəmiyyətin tələblərinə uyğunlaşdırılması və cəmiyyətin informasiya ilə keyfiyyətli təminatı baxımından mühüm addımdır.

Aynurə Məlikova

YAP Şuşa rayon təşkilatının 25 nömrəli ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.