Azərbaycan mətbuatı 2020-ci ilin 27 sentyabr – 10 noyabr tarixlərini əhatə edən 44 günlük Vətən müharibəsində özünün ən şərəfli missiyalarından birini yerinə yetirdi. Mətbuat bu dövrdə həm informasiya cəbhəsinin ön xəttində yer aldı, həm də düşmən təbliğatına qarşı milli həqiqətlərin təbliğatçısına çevrildi.

Jurnalistlər müharibə bölgələrindən canlı reportajlar hazırlayaraq döyüş bölgələrində baş verən hadisələri operativ şəkildə çatdırdılar. Eyni zamanda müharibə zamanı Ermənistanın törətdiyi müharibə cinayətləri və insanlıq əleyhinə əməllər dünya ictimaiyyətinə məhz medianın dili ilə bəyan olundu.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu dövrdə 30-dan çox beynəlxalq media qurumuna verdiyi müsahibələrlə ölkə həqiqətlərini dünyaya çatdırdı. Bu müsahibələr Azərbaycanın informasiya savaşında əsas silahına çevrildi.Jurnalistlərin cəbhədəki fəaliyyəti zamanla peşə fədakarlığının simvoluna çevrildi. Müxtəlif medallarla təltif olunan jurnalistlər Azərbaycan mediasının vətənpərvərliyini və peşəkarlığını bir daha sübut etdilər.

Müharibədən sonra da Azərbaycan mətbuatı işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işləri, Qarabağın bərpası və reinteqrasiya prosesi barədə geniş materiallarla çıxış edir. Bu, həm də informasiya suverenliyinin təmin edilməsində mühüm rol oynayır.Mətbuat Qarabağ Zəfərinin ruhunu yaşadan, onu dünyaya çatdıran əsas tribuna olaraq tarixdə öz yerini qazanıb.

Anar Əlizadə

YAP Şuşa rayon təşkilatının 14 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.