Hazırda Azərbaycanda fəaliyyət göstərən mətbuat orqanlarının sayı yüzlərlədir. Gündəlik və həftəlik qəzetlər, tematik jurnallar, onlarla informasiya portalları və sosial media platformalarında aktiv kontent istehsalçıları müasir jurnalistikanın əsas dayaqlarıdır.

Ənənəvi qəzetçiliklə yanaşı, rəqəmsal media platformaları da sürətlə inkişaf edir. Mobil tətbiqlər, internet televiziyaları və sosial şəbəkə kanalları bu gün informasiya istehlakının əsas mənbələrinə çevrilib. Medianın qlobal informasiya sisteminə inteqrasiyası prosesində Azərbaycan mətbuatı aktiv iştirak edir.Jurnalistlərin peşəkarlığı, informasiyanın operativliyi və vətəndaş cəmiyyətinin ehtiyaclarına uyğunluğu bu inkişafın əsas göstəriciləridir. Media həm maarifləndirici, həm nəzarətçi, həm də sosial barometr funksiyasını yerinə yetirir.

Dövlətin mediaya münasibəti isə daim müsbət olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə jurnalistlərin mənzil təminatı, təltif olunması və peşəkar inkişafı istiqamətində görülən işlər bu sahədə çalışanlara verilən dəyərin göstəricisidir.Media cəmiyyətdə ictimai nəzarət mexanizminin ayrılmaz hissəsinə çevrilib. Bu baxımdan onun azad və məsuliyyətli fəaliyyəti demokratik cəmiyyətin təməlidir.

Azərbaycan milli mətbuatı 150 illik tarixi ilə həm keçmişə işıq tutur, həm də gələcəyin media strategiyasına yön verir.

İsmayılova Qönçə

YAP Şuşa rayon təşkilatının 29 saylı ərazi partiya təşkilatının


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.