Azərbaycan mətbuatının çağdaş mərhələsi Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra başlanmış sistemli islahatlarla bilavasitə bağlıdır. Ölkənin ictimai-siyasi sabitliyini təmin edən bu dönüş nöqtəsi mətbuat sahəsində də köklü dəyişikliklərə yol açdı. Ümummilli Lider medianın azad və məsuliyyətli olmasının dövlətin inkişafı üçün vacib olduğunu dəfələrlə bəyan edərək bu sahəyə xüsusi diqqət yetirirdi.

Heydər Əliyevin rəhbərliyi ilə hüquqi bazanın möhkəmləndirilməsi, jurnalistlərin fəaliyyətinin hüquqi təminatı, informasiya azadlığının genişləndirilməsi istiqamətində atılan addımlar milli mətbuatımız üçün yeni dövrün əsasını qoydu. Bu mərhələdə dövlət-mətbuat münasibətləri qarşılıqlı etimad və əməkdaşlıq zəminində formalaşdı.

Bu siyasi irs bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Medianın dövlətçilik maraqlarına xidmət edən, amma eyni zamanda cəmiyyətin söz və məlumat alma hüququnu qoruyan bir institut kimi inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır. Əldə olunan uğurlar Azərbaycanın müasir və güclü informasiya sisteminə malik dövlətə çevrilməsinin göstəricisidir.

İyulun 22-si – milli mətbuatın yaranma günü bu proseslərin tarixi başlanğıc nöqtəsidir. 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən nəşrə başlayan “Əkinçi” qəzeti ilə təməli qoyulan Azərbaycan mətbuatı bu il 150 illik möhtəşəm yubileyini qeyd edir.

Bu əlamətdar gün həm də jurnalist peşəsinin ictimai əhəmiyyətinin bir daha vurğulanması üçün mühüm fürsətdir. Jurnalistikanın inkişafı, medianın gücləndirilməsi və informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində atılan addımlar bu peşənin cəmiyyət üçün nə qədər vacib olduğunu göstərir.Milli mətbuatın keçdiyi bu çətin və şərəfli yol, gələcək nəsillərə örnək olacaq dəyərlərlə zəngindir. Dövlətin davamlı dəstəyi və jurnalistlərin peşəkarlığı sayəsində Azərbaycan mediası informasiya müharibəsində də ön sırada yer almaqdadır.

Leyla Babışova

YAP Şuşa rayon təşkilatının sədr müavini


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.