İnformasiya texnologiyalarının sürətli inkişafı Azərbaycan mediası qarşısında yeni çağırışlar yaradıb. Qloballaşan media məkanında daha çevik və qanunvericilik baxımından dəqiq tənzimlənən informasiya mühiti zərurəti ortaya çıxıb.Bu kontekstdə Prezident İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə “Media haqqında” yeni qanun layihəsi hazırlanaraq media islahatlarına start verildi. Eyni sənədlə Medianın İnkişafı Agentliyi (MEDİA) yaradıldı. Bu Agentlik müasir dövrün tələblərinə uyğun medianın inkişafını təmin etmək üçün kompleks proqramlar həyata keçirir.
Yeni qanunvericilik bazası təkcə media subyektlərini deyil, həm də jurnalist peşəsinin statusunu hüquqi əsaslarla müəyyən edir. Bu, həm medianın keyfiyyətinin artmasına, həm də ictimai etimadın güclənməsinə şərait yaradır.MEDİA agentliyi jurnalistlərin təlimi, redaksiyaların maddi-texniki təminatı və informasiya təhlükəsizliyi sahəsində mühüm layihələr həyata keçirir. Agentliyin fəaliyyəti mediada peşəkarlığın artmasına və ictimai maraqların qorunmasına xidmət edir.
Dövlətin mediaya dəstəyi yalnız hüquqi bazanın formalaşdırılması ilə məhdudlaşmır. Eyni zamanda KİV əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, mənzil problemlərinin həlli və peşə bayramlarında mükafatlandırma da bu siyasətin tərkib hissəsidir.
Bu gün Azərbaycan mediası dünya informasiya sisteminə inteqrasiya olunaraq həm daxili, həm də beynəlxalq auditoriyaya keyfiyyətli və etibarlı məlumat çatdırmaq gücündədir.
Namiq Hüseynov
YAP Şuşa rayon təşkilatının 35 saylı ərazi partiya təşkilatınn sədri


Bir şərh yazın