Böyük Qayıdış proqramı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji dövlət proqramıdır. Bu proqram işğaldan azad edilmiş ərazilərin bərpası və həmin bölgələrə həyatın qaytarılması baxımından tarixi əhəmiyyətə malikdir. Mətbuat bu prosesin informasiya təminatında, cəmiyyətin bu siyasətə dəstəyinin möhkəmləndirilməsində mühüm rol oynayır.
Azərbaycan mediası Böyük Qayıdışın məqsəd və nəticələrini cəmiyyətə çatdırmaqla yanaşı, bu ərazilərin potensialı, sosial-iqtisadi inkişafı və perspektivləri barədə obyektiv informasiya yayır. Yenidənqurma işlərinin ictimaiyyətə çatdırılması medianın əsas vəzifələrindən birinə çevrilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən yenidənqurma siyasəti media vasitəsilə həm yerli, həm də beynəlxalq ictimaiyyətə təqdim olunur. Media bu istiqamətdə yalnız məlumat ötürmək yox, həm də Azərbaycanın ədalətli mövqeyinin izahında, haqq səsinin çatdırılmasında strateji rol oynayır.Ərazilərin bərpasında medianın rolu təkcə məlumat yaymaqla məhdudlaşmır. Burada həm də ictimai iştirakçılığın təşviqi, dövlətin strateji planlarının dəstəklənməsi və vətəndaşların proseslərə cəlb olunması məqsədi güdülür.
Mətbuat Böyük Qayıdışla bağlı əhalidə maarifçilik, milli həmrəylik və gələcəyə inam hisslərini gücləndirir. Bu isə postmünaqişə dövründə cəmiyyətin sağlam inkişafı üçün vacib amillərdəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı informasiya təminatı sahəsində də güclü media dəstəyinə əsaslanır və Azərbaycan mediası bu milli missiyanı layiqincə yerinə yetirir.
Elmira Əliyeva
YAP Şuşa rayon təşkilatının 15 saylı ərazi partiya təşkilatının


Bir şərh yazın