Azərbaycan milli mətbuatının bünövrəsi 150 il əvvəl, 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan “Əkinçi” qəzeti ilə qoyulub. Bu qəzet həm ilk mətbu orqan, həm də milli ideyaların carçısı kimi tarixə düşüb.

Azərbaycan mətbuatının inkişafında 1993-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin fəaliyyəti xüsusi mərhələ təşkil edir. O, ölkədə mətbuatın azad və obyektiv fəaliyyət göstərməsi üçün ciddi addımlar atdı. Onun dövründə media nümayəndələrinə dövlət səviyyəsində diqqət və qayğı göstərilməyə başlandı.

1998-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda dövlət senzurası ləğv olundu. Bu tarixi qərar mətbuat azadlığının reallığa çevrilməsində mühüm dönüş nöqtəsi oldu və kütləvi informasiya vasitələrinin inkişafına geniş imkanlar açdı.

Ümummilli Lider Heydər Əliyevin media siyasəti həm jurnalistlərin hüquqlarının qorunmasına, həm də peşəkar medianın formalaşmasına xidmət edirdi. Onun mətbuata verdiyi yüksək qiymət ölkədə jurnalistikanın nüfuzunu artırdı və gənc qələm sahibləri üçün motivasiya yaratdı.Ulu Öndərin başladığı bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasında söz və mətbuat azadlığı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Hər il 22 iyul – Milli Mətbuat Günü münasibətilə media işçiləri mükafatlandırılır, mənzil və sosial güzəştlərlə təmin olunurlar.

2009-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı. Bu Fondun fəaliyyəti jurnalistikanın inkişafına dövlət dəstəyinin davamlı və sistemli xarakter aldığını sübut etdi.Mətbuat azadlığının təşviqi, jurnalistlərin sosial rifahının təmin olunması və informasiya sahəsində institusional islahatlar bu gün də prioritet olaraq qalmaqdadır.

Kamalə Səfərova

YAP Şuşa rayon təşkilatının 24 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.