2025-ci il iyulun 4-də Qarabağın incisi olan Xankəndində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün keçirilməsi Azərbaycanın həm siyasi-diplomatik gücünün, həm də strateji yenidənqurma planlarının bariz nümunəsidir. Prezident İlham Əliyevin bu tədbirdə etdiyi çıxış, ölkənin müasir mərhələdə həyata keçirdiyi uğurlu siyasətin və beynəlxalq əməkdaşlıq modelinin mühüm göstəricisidir.Bu Zirvə görüşünün məhz Xankəndidə – uzun illər işğal altında qalmış, lakin indi sürətlə inkişaf etdirilən bir məkanda keçirilməsi təsadüfi deyil. Bu, Azərbaycanın beynəlxalq ictimaiyyətə verdiyi mühüm mesajdır: Qarabağ artıq təhlükəsizdir, açıqdır, inkişaf edir və regionun diplomatik mərkəzinə çevrilmək potensialına malikdir. Prezidentin də qeyd etdiyi kimi, bu Zirvə görüşü Azərbaycanın ev sahibliyi etdiyi üçüncü ECO tədbiridir. Əvvəlki görüşlərin Bakıda keçirilməsi isə paytaxtın daima regional diplomatiyada əsas rol oynadığını sübut edir.

Zirvə görüşünün keçirildiyi ərazi – Xankəndi və ümumilikdə Qarabağ torpaqları Ermənistanın işğalından azad edildikdən sonra genişmiqyaslı bərpa və yenidənqurma prosesinə cəlb olunmuşdur. Bu proses təkcə infrastrukturların bərpası deyil, həm də insan həyatının, mədəniyyətin və iqtisadiyyatın yenidən doğuşudur. Ermənistanın işğal dövründə ərazilərin 30 faizindən çox hissəsinin minalanması, bu ərazilərdə dağıntıların və məqsədli vandalizmin həyata keçirilməsi Azərbaycan qarşısında çətin, lakin strateji və milli əhəmiyyətli bir missiya qoymuşdur.Azərbaycanın Şuşada, Laçında və indi də Xankəndidə yüksək səviyyəli beynəlxalq tədbirlər təşkil etməsi, ölkənin yeni dövrdəki diplomatik və iqtisadi siyasətinin mərkəzində dayanır. Bu tədbirlər həm investisiya mühitinin inkişafına, həm də regionun inteqrasiya proseslərinə xidmət edir. Xüsusilə də Pakistan, Türkiyə və digər müsəlman ölkələri ilə əməkdaşlıq çərçivəsində bu cür görüşlərin təşkil edilməsi Azərbaycan diplomatiyasının “yumşaq güc” potensialının artırılmasına xidmət edir.

Düşünürəm ki, ECO-nun 17-ci Zirvə görüşünün Qarabağda keçirilməsi təkcə bir diplomatik hadisə deyil, həm də Azərbaycanın suverenlik, ərazi bütövlüyü və milli qürur anlayışlarının real siyasətə çevrilmiş simvoludur. Bu hadisə, regionda sülh və əməkdaşlıq perspektivlərinin möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan beynəlxalq miqyasda nüfuzunu artırmaqla yanaşı, işğaldan azad edilmiş torpaqları gələcəyin inkişaf mərkəzinə çevirir.

Gülnar Qurbanova

YAP Şuşa rayon təşkilatının 22 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.